Rasim Balayevdən KƏDƏRLİ ACIQLAMA: “Pula görə özümü biabır edə bilmərəm”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev işsizlikdən bezsə də, özünü heç vaxt hörmətdən salmayacağını digə gətirib.

Yeniçag.az-a açıqlama verən aktyor olan-qalan ümidini də itirdiyini bildirib:

“Boş-boşuna oturmuşam evdə. Daha ümid eləmirəm ki, əvvəlki səviyyədə filmlər çəkiləcək, mən də əvvəlki həvəslə obrazlar yaradacam. Nə qədər ki, yaşayıram, bu, baş verməyəcək, bunu dəqiq sizə deyirəm. Mən öləndən sonra nə olacaq, deyə bilmərəm. Buna görə də kim nə çəkir, kimlər nəyə çəkilir, bu, məni qətiyyən maraqlandırmır. Bu yaxınlarda bir film adını eşitdim, gülməkdən özümü güclə saxladım. Qoy çəksinlər, pul qazansınlar. Belə axmaq-axmaq filmlərə çəkilib, özümü hörmətdən sala bilmərəm. Həmişə baş rollarda oynamışam, hamısı da məşhur ekran işləridir. İndi nə həmin filmlər, nə həmin səviyyə, nə də həmin rejissura var… nə də Rasim Balayev”.

Bəs görən Azərbaycan kinosunun canlı tarixi, xalq artisti Rasim Balayev bu gün necə dolanır?

“Təqaüddən-zaddan alıb, birtəhər başımızı girələyirik. Neyləməliyəm, pula görə özümü biabır etməliyəm?”

 

Cəvahir Səlimqızı

Yenicag.az