Rasim Quliyevin həbs müddəti artırıldı

Xəbər verdiyimiz kimi, bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev korrupsiyada ittiham olunaraq həbs olunub.

Yenicag.az-ın Unikal.org-a istinadən məlumatına görə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə iyunun 26-da keçirilən növbəti məhkəmə prosesi zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Rasim Quliyevin bu qərardan apellasiya şikayəti verəcəyi bildirilib .

Qeyd edək ki, R.Quliyev 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılıb.