Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verildi – SƏRƏNCAM

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayevə Heydər Əliyev Mükafatı verilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.