!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rauf Arifoğlu seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Fevral ayının 3-də seçkiqabağı təşviqat prosesi çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu çox fərqli bir kampaniyaya imza atıb.

Belə ki, namizəd 35 saylı dairənin ərazisində marşrutla bağlı şikayətlərin çox olmasını nəzərə alaraq, ictimai nəqliyyatdakı durumu şəxsən öyrənmək üçün bir neçə marşrut avtobusuna minib.

40 saylı marşrut avtobusunda sərnişinlərlə görüşüb, onların problemlərini dinləyən namizədin bu addımı maraq və təəccüblə qarşılanıb.

Sakinlər R.Arifoğluna daha çox avtobusların ölçüsünün balaca olmasından və sıxlıq yaşanmasından şikayət ediblər. Həmçinin marşrut xəttlərinin şəhərin mərkəzinə doğru getmədiyini, bir neçə marşrut dəyişdikləri üçün xərclərinin çox olduğunu deyiblər.

Sərnişinlərdən biri, İnqilab İsmayılov küçəsinin sakini isə binalardan çənlərin yığışdırılmasından sonra su məsələsində çətinlik çəkdiklərini deyib.

46 saylı marşrut avtobusunda da sakinlər ərazidə ictimai nəqliyyatın əhatə dairəsinin az olduğunu bildiriblər. Həmçinin təhsil sistemindəki problemlərdən, uşaqların kurrikulum proqramını mənimsəyə bilməməsindən şikayət edən valideynlər də olub.

Rauf Arifoğlu sakinlərlə söhbətində bildirib ki, vətəndaşları narahat edən ən kiçik məsələdən, ən qlobal problemə qədər hər bir detal onun üçün əhəmiyyətlidir və bu səbəbdən də fürsət olduqdca insanlarla birbaşa ünsiyyət qurmağa çalışır.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv