Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Rauf Arifoğlu: “Tənqidçi mətbuata reklam vermək istəmirlər”-Özəl

Rauf Arifoglu“Nəticədə gündəlik 1500-2000 civarında qəzetin satışından məhrumuq”

“Prezidentlə görüşdə qaldırdığımız bir sıra təkliflər öz həllini tapıb”. Bu sözləri Yenicag.az saytına açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi: “Yeni köşklər yaradılarkən qəzetimiz orada satılmırdı. Halbuki əvvəlki köşklərə gün ərzində 1200-1300 civarında qəzet verirdik. Prezident qarşısında bu məsələni bildirdikdən sonra, onun tapşırığı əsasında bu problem öz həllini tapdı. Lakin hələ də Metropoliten ərazisində qəzet satışına qadağa durur. Bu istiqamətdə təklifimiz hələlik həll olunmayıb. Nəticədə gündəlik 1500-2000 civarında qəzetin satışından məhrumuq. İl ərzində isə bu qəzetlərin böyük məbləğdə vəsait itirməsi deməkdir. Eyni zamanda şəhərdə köşklərin azlığı barədə məsələ qaldırmışdıq. Bununla bağlı olaraq Mətbuat Şurasında komissiya yaradıldı. Hansı ki, onlar da şəhəri araşdıraraq, köşklərin yerləşdirilməsi üzrə bir xəritə tərtib etdilər. Hazırda bu istiqamətdə işlər gedir”.

Baş redaktor qəzetlərə reklam  verilməsi məsələsinin də həll olunmamış qaldığına diqqət yetirdi: “Bu məsələ də öz həllini gözləyir. Prezidentlə görüşdə o da bu məsələnin həllinin vacib olduğunu demişdi.  Amma görünür, tənqidçi mətbuata reklam vermək istəmirlər. Azərbaycanda mətbuatın inkişafının qarşısını alan əsas faktor kimi bu tendensiya davam edir”.

Rüfət/Yenicag.az

www.yenicag.az

312