“Məni hakimiyyət dəstəkləsəydi, təşviqat kampaniyasında özümü bu dərəcədə həlak etməzdim”.
Yenicag.az xəbər verir ki, bu fikirləri “TV Müsavat”ın “Seçki 2020” verilişinin ilk qonağı olan 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu deyib.
O, media təmsilçisi kimi parlamentdə təmsil olunaraq, ölkə mətbuatında keyfiyyət dəyişikliyinə töhfə vermək istədiyini vurğulayıb.
Deputatlığa namizəd Rauf Arifoğlunun təşviqat kampaniyasına həsr olunan geniş videomüsahibəni təqdim edirik:
Gülşən Şərif