Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Rauf Arifoğlundan “Azadlıq”a jest

img1692109“Görsəm ki, mənim iddiamdan hətta mənə qarşı təhqirlər yazan bu qəzetin bağlanması üçün istifadə edəcəklər, iddiamı geri götürüb, qəzeti müdafiə edəcəyəm”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dünən parlamentdə “KİV haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı sosial şəbəkədə status paylaşıb. Həmin status belədir:

“İqtidar müstəqil media nümunələrini sıradan çıxartmaq üçün daha bir addım atdı – Milli Məclis “KİV haqqında” qanuna etdiyi dəyişikliklərə görə barəsində iki dəfə məhkəmə qərarı olan qəzetlər, xaricdən maliyyələşən media orqanları bağlanacaq. Bütün pəncərələr bağlanır. “Feysbuk”dakı azsaylı cəbhəçilərdən biri Teymur Kərim buna cavab yazıb. Öz səhifəsində məni təhqir edən, barəmdə hər cür söyüşləri işlədən Teymur Kərim burada adam kimi status yazaraq qeyd edir: “Birini də siz məhkəməyə verirdiniz tamamilə ilhamla birlikdə boğmağa davam”.
Zombiləşmiş bu “feysbuk” arkadaşıma bir cavab yazdım. Onu paylaşmaq istərdim: “Teymur Kərim, sən adlı birisini tanımıram və məhkəməyə də verməmişəm. Son vaxtlar məhkəməyə ancaq “Azadlıq” qəzetini vermişəm. Onu nəzərdə tutursansa, panikaya düşməyin. İddiada cəmi 1 manat cərimə məbləğı var. Mən sadəcə üstümə atılan böhtanların təkzibini və üzrxahlığını istəyəcəyəm. “Azadlıq” qəzeti Ziya Məmmədovun oğlundan üzr istədi, indi qorxusundan ondan bir sətir də yaza bilmir. Məndənsə qorxmurlar. Çünki bilirlər: görsəm ki, mənim iddiamdan hətta mənə qarşı təhqirlər yazan bu qəzetin bağlanması üçün istifadə edəcəklər, iddiamı geri götürüb, qəzeti müdafiə edəcəyəm. Bunu dəqiq bildikləri üçün rahatdırlar. Və həm də neçənci dəfə…”(musavat.com).

www.yenicag.az

226