!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rauf Arifoğlundan Müsavata böyük rest

!Reklam – Yazi
Rauf Arifoglu“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə üzv olduğu Müsavat partiyası arasında narazılıq yaşanıb.
Yenicag.az Avropa.infoya istinadən xəbər verir ki, Müsavat başqanının müavini Osman Kazımovun  sosial şəbəkədə “”Yeni Müsavat”la  AXCP arasında baş verənlərin Müsavat partiyasına aidiyyatı yoxdur “,  deməsi baş redaktorun etirazına səbəb olub. Uzun illər boyu Müsavat Partiyasını müdafiə edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Facebookdakı statusunda bunları yazıb.
ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri “Yeni Müsavat”ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası… 
 
Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏLi Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi… Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik… 
 
AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək…”

 

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv