Rauf Əliyev yeni klubundan danışdı: “2-3 günə…”

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək.

Yenicag.az xəbər verir ki, futbolçunun xidmətində Albaniyanın “Kukesi” klubu maraqlıdır. Məlumatı saytımıza açıqlamasında hücumçunun özü də təsdiqləyib. O bildirib ki, hazırda tərəflər arasında danışıqlar gedir və 2-3 günə məsələyə rəsmən aydınlıq gələcək. Əliyev, özü də legioner həyatı yaşamaqda maraqlı olduğunu söyləyib.

Qeyd edək ki, Əliyevin hazırkı klubu “İnter”in adı dəyişdirilib. Bakılılar bundan sonra “Keşle” adı altında fəaliyyət göstərəcək.

Emin Səfərov

Yenicag.az

COP29