Rauf Əliyevin yeni klubunun adı açıqlandı

Bakı “İnter”inin futbolçusu Rauf Əliyev legioner həyatı yaşaya bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Albaniya mətbuatı çıxış edib.

Onun sözgedən ölkənin “Kukesi” klubu ilə anlaşdığı bildirilir. Hücumçunun yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacağı da xəbərdə qeyd olunub.

Yenicag.az