Raul məşqçiliyə başlayır – İş yeri bəlli oldu

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Raul Qonsales məşqçiliyə başlayır.

Yenicag.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu “Real”ın B komandasının “sükanı arxası”na keçəcək.

O, iyun ayında UEFA Pro kateqoriyası alacaq.

Raulun irəlidə Zinəddin Zidan kimi uğur qazanacağı ehtimal olunur.

Qeyd edək ki, hazırda “Real Castilla”nı Joze Manuel Diaz çalışdırır.