Raul Qonsales yeni komandada

80950Madrid “Real”ı və İspaniya yığmasının keçmiş hücumçusu Raul Qonsales yeni komandaya keçib.
“Real”ın tarixində ən yaxşı bombardir olmuş Raul ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edəcək.

Qeyd edək ki, 1994-2010-cu illər ərzində “Real”da oynayan Raul 6 dəfə ölkə çempionu olub, 4 dəfə İspaniya Superkubokunu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu, 2 dəfə isə Qitələrarası Kuboku qazanıb.

2010-cu ildə “Şalke”yə keçən forvardın son iş yeri 2012-ci ildən Qətərin “Əl-Sadd” klubu olub. (trend.az)