Rayon rəhbərinə qarşı sui-qəsd – Partlayıcı yerləşdirildi

Rusiyanın Voronej vilayətinin Ramon rayonunun rəhbəri Nikolay Frolova qarşı sui-qəsd olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, N. Frolov avtomobilinə əyləşdiyi vaxt maşına yerləşdirilən partlayıcı qurğu işə düşüb.

Sağ qalsa da, hadisə nəticəsində xəsarət alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Frolov əməliyyat olunacaq.

Voronej vilayəti qubernatorunun müavini Vitali Şabalaov bildirib ki, N. Frolovun vəziyyəti stabildir. Onun sözlərinə görə, hadisə nəzarət altına götürülüb.

Faktla bağlı araşdırma aparılır.

COP29