Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rayonlara gedən sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanın bütün magistral yollarında hərəkət var.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, dünən axşam saatlarından ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bəzi yollar buz bağlayıb: “Agentliyin bütün texnika və canlı qüvvəsi fevralın 8-dən hazır vəziyyətə gətirilib. dünən gecə saatlarında buz bağlayan yollar təmizlənib, buz bağlama ehtimalı olan yerlərə duz və qum qarışıqları səpilib. Hazırda bütün magistral yollarda vəziyyət normaldır, buz yoxdur. Agentliyin əməkdaşları kənd yollarının təmizlənməsinə cəlb edilib. hazırda həmin yolların qardan təmizlənməsi prosesi həyata keçirilir”.

A.Nəcəfli bu gün axşam saatlarında rayonlara hərəkət edən sürücülərə xəbərdarlıq edib:

“Bu gün axşam saatlarında rayonlara gedən sürücülərdən xahiş edirik ki, ehtiyatlı olsunlar. Magistral yolların, xüsusən də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımı və Muğannı hissəsinin buz bağlaması gözlənilir. Sürücülər bu prosesi nəzərə almalı və ehtiyatlı olmalıdırlar. Qeyd edək ki, yollara hazırlıqsız çıxan sürücülər üçün çətinlik olub. Sürücülərdən xahiş edirik ki, axşam saatlarında yola çıxarkən hazırlıqlı olsunlar. Təcrübəsiz sürücülər, nəqliyyat vasitəsi nasaz və qışa uyğun təchiz olunmamış maşınlarla həmin istiqamətlərdə yola çıxmasınlar”.

www.yenicag.az

373