!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rayonları bir-bir azad edəcəyik" - Məmmədyarov

!Reklam – Yazi

“Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, birinci addımdır: “Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin”.

Nazir BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin mövcud olduğunu xatırladıb.

“Bu qətnamələr xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Lakin digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik”, – deyə E. Məmmədyarov qeyd edib.

Yenicag.az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv