!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Razi Nurullayev Allahın cəzasından qorxsun” – Prezidentliyə namizədi yerdən-yerə vurdular

!Reklam – Yazi

“Ona heç kəs ixtiyar verməyib ki, çıxıb “Quran”a istinadən, belə yersiz fikirlər səsləndirsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezidentliyə namizəd Razi Nurullayevin “ailə qura bilməyən qadınların problemini həll etmək” vədinə münasibət bildirən ilahiyyatçı Hacı Nizami Rza deyib.

Onun fikirncə, prezidentliyə namizəd bu fikirləri səsləndirməklə, küfr edib:

“Qurani-Kərim”in “Nisə” surəsində qadınların himayəyə götürülməsi, onların dəstəkdən kənar qalmaması kimi məsələlər dəqiqliklə göstərilib. Əgər Razi Nurullayev qadınların ailə qurmaq məsələlərinə öz dediyi kimi yanaşırsa, bu, yumşaq desək, anlaşılmayan mövqedir.

Nurullayev nə din xadimi deyil, nə də İslam qanunları ilə hökm verən müctəhid… O, bu absurd fikirlərini “Quran”a istinad edərək, səsləndirirsə, çox böyük səhvə yol verir. Prezident seçiləcəyi təqdirdə, on minlərlə, yüz minlərlə başsız qadının ailə qurmaq məsələlərini həll edəcəyini söyləmək çox ciddi yanlışlıqdır. Ona heç kəs ixtiyar verməyib ki, çıxıb “Quran”a istinadən, belə yersiz fikirlər səsləndirsin.

“Quran”da qadınların himayədən kənar qalmamaları tövsiyə olunur. Bu da o anlama gəlir ki, böyüklər, ağsaqqallar dul qalmış qadınların öz razılığı ilə – bunun altını cızıram, qadının öz razılığı ilə – yenidən ailə qurmalarına şərait yaratsınlar.

Prezident seçilərsə, subay və ya dul qadınları bir fərmanla ərə verməyi düşünən şəxs boyundan çox yuxarı tullanmağa cəhd edir. Ancaq bu sözləri “Quran”a istinadən demək, küfrdür. Razi Nurullayev Allahın cəzasından qorxsun, canlı efirdən siyasi konyuktura xatirinə belə sözlər deməsin”.

Qeyd edək ki, prezidentliyə namizəd Razi Nurullayev ötən gün keçirilən teledebatda ailə qurmayan qadınların problemini həll etməyə imkan verən “İslam modeli”nin tətbiqindən danışıb:

“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Fiziki məhdudiyyəti ucbatından və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımızın da sayı az deyil. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir”.

A. Zeynalov

www.yenicag.az

3485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv