Razi Nurullayev İmişli sakinləri ilə görüşdü – FOTOLAR

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir.

Yenicag.az xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayevin sakinlərin dəvəti ilə rayon məhəllələrində sakinlərlə görüşüb.

Vətəndaşlar namizədə öz dərdlərindən, sıxıntılarından danışıb, problemlərinin parlamentə səsləndirilməsini istədiklərini bildiriblər.

Sakinləri dinləyən Razi Nurullayev deputat seçiləcəyi təqdirdə bütün bu problemləri parlamentdə səsləndirəcəyini, aidiyyatı yerlərə çatdıracağını və insanların həyatlarının yaxşılaşması üçün əlindən gələni edəcəyini bildirib. Namizəd qeyd edib ki, onun platformasında bütün səsləndirilən problemlərlə bağlı bəndlər var. Razi Nurullayev bütün siyasi fəaliyyəti dövründə vətəndaşın problemlərinin ictimailəşməsi, aidiyyatı yerlərə çatması, həll olunması üçün var gücüylə mübarizə apardığını və bundan sonra da fəaliyyətinin bu istiqamətdə olacağını deyib.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.