Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Razi Nurullayevin görüşləri davam edir - FOTOLAR

Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında fəallığı ilə seçilən, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev seçicilərlə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, namizəd bu gün rayonun Hacırüstəmli və Aranlı kəndlərinin sakinləri ilə görüşüb.

Razi Nurullayev çıxışında bildirib ki, platformasının ana xəttini əhalini əsas narahat edən sosial problemlər və bu problemlərdən çıxış yolları təşkil edir. Namizəd hər görüşdə olduğu kimi bir daha pensiyaların artırılmasının, pensiya yaşının azaldılmasının, vətəndaşa uşaq pulunun, sadələşdirilmiş ippoteka kreditlərinin, güzəştli biznes kreditlərinin, sosial mənzillərin verilməsinin vacibliyini vurğulayıb və bu məsələləri daim gündəmdə saxlayacağını bildirib.

Razi Nurullayev onu da qeyd edib ki, ölkədəki problemlər həm də rüşvətxorluqdan, korrupsiyadan, məmur özbaşınalğından qaynaqlanır. O, vurğulayıb ki, rüşvətin, korrupsiyanın, məmur özbaşınalığının kökü kəsilmədən problemi həll etmək çətindir.

Razi Nurullayev deputatların fəaliyyətinə də toxunub. Namizəd bildrib ki, deputatın vəzifəsi xalqın arasında olmaq, onlarla tez-tez görüşmək, vətəndaşın problemlərini dinləmək, qayğılarını görmək və bunları parlament tribunasından səsləndirərək aidiyyatı yerlərə çatdırmaqdır. Razi Nurullayev onu da qeyd edib ki, deputatın vəzifəsi həmçinin problemi səsləndirməklə yanaşı, bu problemlərdən çıxış yollarını da göstərməkdir.

www.yenicag.az

130
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100