Razı Nurullayevin seçicilərlə görüşləri davam edir – FOTOLAR

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində, 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayev rayon və kənd əhalisiylə hər gün görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, namizəd yanvarın 27-də Çaxırlı, Xubyarlı və Məzrəli kəndlərinin sakinləri ilə görüşüb. Razi Nurullayev vətəndaşları narahat edən bir çox məsələlərə toxunub. O, vətəndaşların haqqlı olaraq deputatlardan narazı olduqlarını bildirərək qeyd edib ki, millət vəkili xalqın səsiylə, dəstəyiylə, sevgisiylə seçilməlidir ki, kimsədən aslı olmasın, kimsənin yanında gözükölgəli qalmasın, vətəndaşın yanında olsun, onların problemlərini, qayğılarını parlamentdə səsləndirə bilsin.

Ünvanlı sosial yardımın ləğv edilməlidir deyən namizəd bildirib ki, bunun əvəzində əhaliyə güzəştli biznes kreditləri verilməli, həmçinin onlara bu kreditlərdən necə səmərəli istifadə, şəxsi biznes qurmağın yolları öyrədilməlidir.

Namizəd bütün görüşlərində olduğu kimi uşaq pulu məsələsinə də toxunaraq bu məsələni daim gündəmdə saxlayacağını qeyd edib.

Sonda vətəndaşların şikayət və iradlarını dinləyən namizəd, insanları ümidli olmağa, seçkilərdə fəal iştirak etməyə, səslərinin arxasında durmağa çağırıb.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

COP29