Razılıq əldə edildi: Atəşkəs olacaq

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.

Yenicag.az xəbər verir ki, tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib./Report/