Meyxanaçı Ağakərim Novruzovun müalicəsini ARS Reabilitasiya mərkəzi öz üzərinə götürüb.
Sözü gedən mərkəzdən Qaynarinfoya bildirilən məlumata görə, Ağakərim Novruzovun təkrar ayağa qalxması onun müayinələrinin cavabından asılı olacaq:
“Mərkəzdə belə xəstələr çox olub. Onların böyük əksəriyyətinin də müalicələri effekt verib. Hazırda mərkəzin çəkiliş qrupu Ağakərim Novruzovun evindədir və müayinə aparırlar. Müayinələrin cavabı açıqlanandan sonra xəstənin yeriyib-yeriməməsi, bir sözlə hərəkət edib-etməməsi ilə bağlı dəqiq cavab veriləcək”.
Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.