Reaktiv mühərriklər üçün yanacağın gömrük rüsumundan azad edilmə daha 1 il uzadıldı

Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilmə müddəti daha 1 il uzadılıb.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu müddət 31 dekabr 2024-cü ildə başa çatırdı. Bu müddət 31 dekabr 2025-ci ilə qədər uzadılıb.

Eyni zamanda Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaqla əlaqədar aksiz dərəcəsi də 31 dekabr 2025-ci ilə qədər 1 ton üçün 80 manat olacaq./apa