“Real” baş məşqçisini istefaya göndərdi – Rəsmi

İspaniyanın “Real” klubu baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna səbəb komandanın uğursuz çıxışı olub.

Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl “Kastilyu” klubunu çalışdırmış Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.

Qeyd edək ki,  madridlilər hazırda 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.

COP29