!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” “Bavariya”nı səfərdə devirdi

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə “Bavariya” doğma azarkeşləri önündə “Real”ı qəbul edib.

Futbol azarkeşlərinin erkən final adlandırdığı dueli hollandiyalı referi Born Keypers idarə edib.

“Allian Arena”da baş tutan qarşılaşmanın gərgin və maraqlı keçəcəyi heç kimdə şübhə doğurmurdu. Hesabı almanlar açsa da, qalan dəqiqələrdə ispanlar buraxılan qolun əvəzini artıqlaması ilə çıxıblar.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində ötən gecə keçirilən “Liverpul” – “Roma” matçında İngiltərə təmsilçisi 5:2 hesabı ilə qalib gəlib.

25 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 1:2
Qollar: Coşua Kimmix, 28 – Marselo, 44. Marko Asensio, 57.
Baş hakim: Kuipers B. (Hollandiya)
Münhen. “Allianz Arena”

www.yenicag.az

9221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv