Futbol üzrə klublararası dünya çempionatı keçirilir.
Yenicag.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən mundial dekabrın 16-dək davam edəcək.
Turnirdə meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.
Ötən gün yarımfinalın ilk görüşündə “Qremio” “Paçuka” ilə qarşılaşıb. Bu görüşün taleyini 1 qol həll edib. Braziliya təmsilçisi əlavə vaxtda vurduğu qolla finala yüksəlib.
Digər yarımfinal matçında isə bu gün Madrid “Real”ı “Əl Cəzirə” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada sevinən tərəf avropalılar olublar.
Beləcə, DÇ-nin finalında “Real” ilə “Qremio” qarşılaşacaq. Üçüncü yer uğrunda oyunda isə “Əl Cəzirə” “Paçuka” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki qarşılaşma dekabrın 16-da baş tutacaq.
Klublararası dünya çempionatı
Yarımfinal
12 dekabr
“Qremio” (Braziliya) – “Paçuka” (Meksika) 1:0
Qol: Everton, 95.
13 dekabr
“Əl Cəzirə” (BƏƏ) – “Real” (İspaniya) 1:2
Qol: Romarinyo, 41 – Ronaldo, 53. Beyl, 81.