!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” Eriksendən imtina etdi

!Reklam – Yazi

“Tottenhem” yarımmüdafiəçisi Kristian Eriksenlə yollarını ayırmağa hazırdır.

Yenicag.az xəbər verir ki, London klubunun prezidenti Daniel Levi bir neçə gün öncə “Real”ın baş direktoru Xose Anhel Sançesə zəng vuraraq, 27 yaşlı futbolçunu “kral klubu”na təklif edib. D. Levi danimarkalı oyunçunun “Tottenhem”lə 2020-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmadığına bu addımı atıb. Klub prezidenti başa düşür ki, Erikseni bu yay sata bilməsələr, futbolçu gələn mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq.

Hətta iş o yerə çatıb ki, klub rəhbərliyi ötən yay 150 milyon avro qiymət qoyduğu yarımmüdafiəçini indi “Real”a 70 milyona satmağa razıdır. Ancaq Madrid təmsilçisi Erikseni almaqdan imtina edib. Yalnız “Mançester Yunayted”dən Pol Poqbanın keçidi alınmayacağı təqdirdə, “Real” yenidən Eriksen variantına qayıda bilər./qol.az/

www.yenicag.az

8279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv