“Real Hospital”da ÖLÜM

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən “Real Hospital”da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.