Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ReAl İlqar Məmmədovun seçkiyə buraxılmaması ilə barışıb? – “Hələ ki problem yoxdur...” – Natiq Cəfərli

Reklam: Sinerji Pro

“Təəssüf ki, İlqar Məmmədovun seçki hüququ bərpa olunmadığı üçün namizədliyini irəli sürə bilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ReAl Partiyasının sədri İlqar Məmmədovun 9 fevral növbədənkənar parlament seçkilərində iştirak məhdudiyyətinin sözügedən siyasi təşkilatın seçkilərdə iştirak qərarına mümkün təsirini dəyərləndirən ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, İlqar Məmmədovun məhkumluğunun götürülməməsi onun seçkidə iştirakına imkan vermir:

“Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun məhkumluğunun aradan qaldırılması ilə bağlı qərar qəbul etməli idi, amma bu, baş vermədi. İlqar Məmmədov özü də Avropa Şurası Nazirlər Komitəsinə bununla bağlı müraciət edib ki, hüquqi prosedurları başlatsınlar və onun seçki hüququ bərpa olunsun.

Təəssüf ki, İlqar Məmmədovun seçki hüququ bərpa olunmadığı üçün namizədliyini irəli sürə bilmir. İlqar Məmmədovdan başqa Rəsul Cəfərov və Zaur Qurbanlı da bu səbəbdən namizdəliyini verə bilmir. Rəsul Cəfərov hətta bununla bağlı məhkəməyə də müraciət edib. Ancaq onun məhkumluğu götürülmədi və ona imza vərəqələri verilmədi.

Zaur Qurbanlı ilə bağlı isə maraqlı situasiya oldu. Əvvəl ona imza vərəqələri verdilər, sonra isə imza vərəqələrini geri istədilər ki, sizin seçkilərdə iştirak etmək hüququnuz yoxdur”.

O, İlqar Məmmədov seçkiyə qatılmayacağı təqdirdə, ReAL-ın seçkilərdən çəkilmək ehtimalı ilə bağlı bunları deyib:

“Həmin bəyanatımız ondan ibarət idi ki, maneələr aradan qaldırılsın. Ancaq digər namizədlərimizə də hökumət tərəfindən problemlər yaradılsa, ReAL-ın seçkidə işitrak edib-etməməsi müzakirə olunacaq.

Hazırda ciddi problemlər yoxdur. Xırda problemlər vardı, onlar da həll edilib. Bu günə 10-dan çox namizədimiz qeydə alınıb. Bu gün, sabah bu rəqəm iki dəfə artacaq. İmza vərəqələrini bu günə qədər təqdim edənlərin sayı 34 nəfərdir. Mən də sənədlərimi vermişəm, gözləyirəm”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

491
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100