!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” İspaniya çempionu oldu

!Reklam – Yazi

Bu gün İspaniya La Liqasında 2016/2017 mövsümünə yekun vurulub.

Yenicag.az xəbər verir ki, mövsümün çempionu adına son turda aydınlıq gəlib.

Çempionluq yolunda əsas rəqibi “Barselona”dan 3 xal öndə olan “Real” üstünlüyünü əldən verməyib. Səfərdə “Malaqa”nın qonağı olan Madrid təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. “Kral klubu”na qələbə qazandıran qollara Kriştiano Ronaldo və Kərim Benzema imza atıblar.

Bununla da Zinəddin Zidanən komandası çempionluğunu elan edib.

“Barselona” isə doğma meydanda “Eybar”a qalib gəlib – 4:2.

Qeyd edək ki, “Real” mövsümü 93, “Barselona” isə 90 xalla başa vurub.

Yenicag.az

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv