“Real Madrid”də növbəti AĞIR İTKİ

İspaniya nəhənglərindən biri olan Madridin “Real” klubunun yarımmüdafiəçisi zədələnib.

Yenicag.az xəbər verir ki, “Real”ın icarədən yenicə qayıtmış futbolçusu Xames Rodriqes La Liqanın II turunda “Valyadolid”lə görüşün (1:1) 57 ci dəqiqəsində əvəzlənməli olub.

Həkimlərin müayinəsindən sonra onun əzələsində problem yarandığı müəyyən edilib.

Bu səbəbdən, Xames 1 ay yaşıl meydanlardan kənarda qalacaq.