“Real Madrid”dən sürpriz qış transferi

İngiltərənin “Çelsi” klubunda çıxış edən Eden Hazard “Real Madrid”ə transfer ola bilər.

Yenicag.az ispan mətbuatına istinadən xəbər verir ki, “Real Madrid” artıq Eden Hazard ilə anlaşıb.

Məlumata əsasən, geriyə qalan sadəcə “Çelsi”ni razı salmaqdır.

Qeyd edək ki, Hazard daha öncə verdiyi müsahibələrdə Kral klubunda çıxış etmək istədiyini bildirib.