“Real Madrid”in əfsanəvi hücumçusu koronavirusa yoluxdu

“Real”ın ikinci komandası “Kastilya”nın baş məşqçisi Raul Qonzales koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də “Xetafe”nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.

Qeyd edək ki, Qonzales 2019-cu ildən “Kastilya”nın sükanı arxasındadır.