“Real Madrid”in fəxri prezidenti vəfat etdi

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu və fəxri prezidenti Amansio vəfat edib.

Yenicag.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş hücumçu 83 yaşında dünyasını dəyişib.

O, 1962-1976-cı illərdə komandanın formasını geyinib və İspaniya çempionatında 344 oyunda meydanda olub.

Amansio 1984-1985-ci illərdə paytaxt klubunda baş məşqçi funksiyasını yerinə yetirib.

Qeyd edək ki, “Real Madrid”lə doqquz dəfə ölkə çempionatında qızıl medal qazanmış keçmiş forvard 1964-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub. Amansio 2022-ci ilin oktyabrından fəxri prezident idi.