“Real” Modriçlə yeni müqavilə imzaladı

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Yenicag.az insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.

COP29