“Real” ona 1 milyard avro qiymət qoydu

“Real” futbolçusu Eder Militao ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid təmsilçisi artıq braziliyalı müdafiəçisi ilə 2028-ci ildədək sözləşmə üçün razılaşıb. Tərəflər yaxında müqavilə imzalayacaqlar. Müqavilədəki təzminat məbləği düz 1 milyard avro olacaq.

Xatırladaq ki, Militao “Real Madrid”ə 2019-cu ildə “Portu”dan keçib. Bu mövsüm braziliyalı İspaniya çempionatında cəmi 1 oyuna çıxıb.