İspaniya La Liqasının 20-ci turunun matçında Madrid “Real”ı “Sevilya”nı qəbul edib.
Yenicag.az xəbər verir ki, qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real”ın ilk qolunu yarımmüdafiəçi Kazemiro vurub. O, 57-ci dəqiqədə topu rəqibin qapısına göndərib.
İkinci hissənin ortasında “Sevilya”nın hücumçusu Lyuk de Yonq hesabı bərabərləşdirib. Lakin 69-cu dəqiqədə Kazemiro dubl edib.
Bununla da “Real”ın İspaniya çempionatında qələbə seriyası 11 matça çatıb. Madrid təmsilçisi 43 xal toplayaraq, yarış cədvəlinə başçılıq edir.
“Sevilya” 35 xalla dördüncü yerdə qərarlaşıb.