“Real” suriyalı qaçqınlara 1 milyon avro ayırdı

realMadrid “Real”ı Suriyadan Avropaya sığınacaq üçün gələnlərə yardım edəcəyini bildirib.

Klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada kral klubu İspaniyaya gələn qaçqınlara 1 milyon avro yardım edəcəyini deyib.

Madridlilər bunun üçün suriyalılara sığınacaqlar verməyə də hazır olduqlarını bildiriblər. Qeyd olunub ki, klubumuz müharibədən, ölümdən qaçan hər kəsə yardım etməyə hazırdır: “Biz müharibədən, ölümdən qaçan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.