!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Real” TV-nin peyk yayımına başlayacağı tarix açıqlandı

!Reklam – Yazi

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Yenicag.az saytının məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real” TV-nin baş direktoru Mirşahin Ağayevdir.

www.yenicag.az

2033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv