Reklam

Reklam

Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

İspaniya çempionu “Real” doğma meydanda İtaliyanın ən güclüsü “Yuventus”la qarşılaşıb. Səfərdə 3 cavabsız qolla qalib gəlmiş Madrid təmsilçisi evdə oxşar hesabla məğlub duruma düşsə də, son saniyələrdə penaltidən vurduğu qolla mərhələ adlayıb.

Almaniya çempionu “Bavariya” isə doğma meydanda İspaniyanın “Sevilya” klubunu qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi evdə qolsuz heç-heçəyə razılaşmaqla yarımfinala çıxıb.

Qeyd edək ki, ilk oyun günündə İtaliyanın “Roma” və İngiltərənin “Liverpul” klubları yarımfinala vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
11 aprel

“Real” – “Yuventus” 1:3
Qollar: Kristiano Ronaldo, 90+8-pen – Mario Mandzukiç, 2; 37. Blez Matuidi, 61.
Qırmızı vərəqə: Canluici Buffon, 90+3.
İlk oyun – 3:0

“Bavariya” – “Sevilya” 0:0
Qırmızı vərəqə: Xoakin Korrea, 90.
İlk oyun – 2:1

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3433
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.