!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” və “Liverpul” ÇL-in 1/4 finalında

!Reklam – Yazi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, PSJ doğma azarkeşləri önündə “Real”ı, “Liverpul” isə “Porto”nu qəbul edib.

Madriddə keçirilən ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən “Real” 1/4 finalın bir addımlığında idi. Paris təmsilçisinin öz meydanında bunu əngəlləməyə çalışsa da, istəyinə çata bilməyib. Səfərdə də qələbə qazanan “Real” növbəti mərhələyə adlayıb.

İngiltərədə keçirilən digər qarşılaşma isə tam formal xarakter daşıyırdı. Portuqaliyada keçirilən ilk oyunda rəqibini 5:0 hesabı ilə darmadağın edən Yurgen Kloppun yetirmələri cavab görüşündə qol vura bilməsə də, 1/4 finala vəsiqəni təmin ediblər.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)
6 mart

PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
Qollar: Kavani, 71 – Ronaldo, 52. Kazemiro, 80.
Baş hakim: Feliks Brix (Almaniya)
Paris, “Park De Prens” stadionu
İlk oyun – 1:3

“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya)
Liverpul, “Enfild Roud” stadionu
İlk oyun – 5:0

www.yenicag.az

4344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv