“Real” yeni baş məşqçisinin adını açıqladı

Karlo Ancelotti Madrid “Real”ının baş məşqçisi təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə kral klubunun mətbuat xidməti məlumat yayıb.

O, bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Ancelotti 2013-2015-ci illərdə “Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.