“Real”da 4 yeni müqavilə

“Real Madrid” klubu 4 yeni müqaviləni açıqlamağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, “Kral klubu” Rodriqo, Eduardo Kamavinqa, Federiko Valverde və Eder Militao ilə yeni sözləşmə imzalayacaq. Adıçəkilən futbolçular 2028-ci ilədək “Real”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Madrid klubu ötən gün Vinisius Juniorla müqavilənin müddətini uzadıb.