“Real”da şok ayrılıq

Kriştiano Ronaldonun ardınca daha bir ulduz futbolçu “Real”ı tərk edə bilər.

Yenicag.az xəbər verir ki, söhbət Kərim Benzemadan gedir.

İddialara görə, təcrübəli hücumçunun xidmətində İtaliyanın “Napoli” klubu maraqlıdır. Bu keçid üçün İtaliya təmsilçisi madridlilərə 45 milyon avro ödəməyə də hazırdır.

Qeyd edək ki, 2009-cu ildə “Lion”dan “Real”a transfer olunan forvard 413 matçda 192 qol vurub.