“Real”dan daha bir transfer – 6 illik müqavilə

İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, Madrid təmsilçisi “Betis”in 21 yaşlı yarımmüdafiəçisi Daniel Sebalyosla 6 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, bu, “kral klubu”nun yeni mövsüm üçün ikinci rəsmi transferidir. Son ölkə çempionu bundan əvvəl “Atletiko”dan müdafiəçi Teo Ernandesi transfer etmişdi.

Yenicag.az