“Real”dan şok məğlubiyyət – VİDEO

Futbol üzrə İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, son çempion “Real” bu gün doğma medyanda “Vilyarreal”la qarşılaşıb. Cari mövsüm İspaniya çempionatında zəif çıxışı ilə diqqət mərkəzində olan Madrid klubu bu görüşdə də azarkeşlərini sevindirə bilməyib. Zinədin Zidanın çalışdırdığı kollektiv qarşılaşmanın sonuna 3 dəqiqə qalmış buraxdığı qolla şok məğlubiyyətə üzülüb.

Qeyd edək ki, bu, “Kral klubu”nun cari mövsümdəki 4-cü məğlubiyyətidir. “Real” hazırda 32 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb və əzəli rəqibi, lider “Barselona”dan 16 xal (!) geri qalır.

Loading...