“Real”dan yeni transfer

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, söhbət Luka Yoviçdən gedir.

Bu barədə “Ayntraxt” klubu rəsmi məlumat yayıb. Madrid təmsilçisi hücumçu ilə 5 illik sözləmə imzalayıb.

Qeyd edək ki, Yoviç başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.