“Real”dan yeni transfer

İspaniyanın “Real” klubunu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, Madrid təmsilçisi Fransanın “Lion” klubundan Mariano Diazı transfer edib.

“Kral klubu”  25 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Diaz 2011-2016-cı ilə qədər Madrid təmsilçilərinin gənclərdən ibarət komandasında çıxış edib. O, “Real”ın əsas heyətində 2016/2017-ci il mövsümündə 14 oyuna 5 qol vurub. 2017-ci ildə 8 milyon avroya Fransanın “Lion” klubuna keçən dominikanlı bombardir yenidən Madridə 30 milyon avroya transfer edilib.

Xatırladaq ki, Mariano Fransa çempionatında 34 oyuna 18 qol vurub.