“Real”ın futbolçuları Ronaldodan beziblər

İspaniyanın “Real” klubunun futbolçuları Kriştiano Ronaldonun eqoist hərəkətlərindən beziblər.

Yenicag.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçular artıq hücumçuya qarşı açıq-aşkar etiraz etməyə başlayıblar.

Məlumata əsasən, Ronaldoya qarşı çıxanlar arasında xüsusilə İsko fərqlənir. İskonu dəstəkləyənlər arasında Serxio Ramos, Markos Asensio, Dani Sebalos və Lukas Vaskes kimi futbolçular da var.