!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Reallaşmayan SÜLH MÜQAVİLƏSİ: "Rusiya, ABŞ və Avropa İttifaqı arasında yarış gedir ki..."

!Reklam – Yazi

“Brüssel görüşü görüş xətrinə keçirilmir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi Brüsseldə keçirilən görüş və görüşdən gözlənilən nəticəni şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, görüşdən pozitiv nəticə əldə olunacaq:

“Avropa İttifaqının Şərq tərəfdaşlıq proqramı var və Azərbaycanla Ermənistan bu proqrama daxildir. Şarl Mişel Azərbaycana qarşı pozitiv münasibətdədir. Ümumiyyətlə, Şarl Mişelin münasibətini iki hissəyə bölmək olar: Azərbaycana gələnə qədər və gələndən sonrakı mövqe. Şarl Mişel Azərbaycana gəlib prezident İlham Əliyevlə görüşəndən sonra çox yaxşı münasibətlər quruldu. O bundan sonra Ermənistan-Azərbaycan arasındakı müharibədən və reallıqlardan məlumatlı oldu.

Avropa İttifaqı çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və regionda sülh bərqərar olsun. Çünki Avropa İttifaqı istəyir ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna quruma üzv olsunlar. Hətta bir neçə gün əvvəl Avropa İttifaqının toplantısında komissarların, əsas da Almaniya kanslerinin belə bir çıxışı oldu ki, Avropanın vəziyyətdən çıxmasının yeganə yolu İttifaqın genişləndirilməsindən keçir.

Brüsseldəki görüşdən müsbət nəticələr gözləyirəm. Moskvda Azərbaycan və Ermənistan delimitasiya komissiyasının görüşü baş tutdu. Həmin görüş pozitiv başa çatıb. İnanıram ki, Brüssel görüşü də pozitiv nəticələnəcək. Bu görüş görüş xətrinə olmayacaq.

Artıq Rusiya, ABŞ və Avropa İttifaqı arasında yarış gedir ki, hansı tərəf Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini imzalatmağa nail olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

318
Ads
www.veteninfo.com
!Reklam – Arxiv