!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Reanimasiyada olan xəstələrin sayı açıqlanıb

!Reklam – Yazi

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2030-dur.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 139, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 12-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936, ötən müddət ərzində isə ümumilikdə 967040 test aparılıb.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv